AZ EN RU

Haqqımızda

«Designer.az» - çox funksiyalı dizayn layihələndirmə, tikinti studiyasıdır. Yüksək ixtisaslı memar, mühəndis, dizayner və menecerləri olan şirkətimiz, geniş müştəri çevrəsi üçün dizayn, təmir və tikinti xidmətlərinin tam çeşidini təklif edirik.

Dizayn və tikinti layihələrinin həyata keçirilməsi üçün, sadəcə ideya kifayət etmir.
Bunun üçün, mütləq işçi çertyojlarının çəkilməsi, vizuallaşdırma, kreativ yanaşma, yüksək keyfiyyət, istehsalçılarla əlaqələrin qurulması, təcrübəli dizayner və işçi qüvvəsindən ibarət komandalar lazımdır.
Bütün bunlar komandamızın arsenalında var.

Biz yaradıcılıq planları ilə çox zənginik. Fərəh hissi ilə Sizin təklif etdiyiniz layihə planlarına baxmaq, eyni zamanda dizayn və tikinti işlərinin görülməsinə, öz kadr təcrübəsi, texniki və istehsal potensialı ilə hazırıq.

Əsas məqsədimiz sizin istəyinizi reallaşdırmaq və ona memarlıq cəhətdən düzgün forma verməkdir.

Gördüyümüz işlərdən zövq almağınız bizim üçün çox vacibdir

Keyfiyyət

Bizimlə əməkdaşlıq, sizə vaxt bütün hallardan asıllı olmayaraq keyfiyyətli məhsul əldə etməyinizə yardımçı olacaqdır. Komandamız - öz işinə sevgi ilə yanaşan, hobbilərini artıq peşəsinə çevrilən mütəxəssislərdir. Bizim məhsullarımız bu sahədə dünya liderləri məhsullarından geri qalmır. Biz layihənin hər bir mərhələsində, səhvlərin sayını minimuma endirən daimi keyfiyyət nəzarətini yaratmışıq. Bu da, müştərilərimizə yaradıcılıq cəhətdən işlərə diqqəti cəmləməyə imkan verir. Layihənin düzəlişlərinin və dəyişikliklərin sayını azaltmaqla, müştərilərimiz daha mühüm işlərə vaxt ayıra bilərlər.

Vaxt

Biz həmişə işi vaxtında görürük. Bizə müraciət edərək müştəri vaxtında nəticə alacağına arxayın ola bilər. Layihə üzərində iş bizim şirkətdə bir neçə mərhələyə bölünür. Bütün mərhələlərin sistemə daxil olunması iş prosessindən daim xəbərdar olmağa və lazımi düzəlişləri vaxtında etməyə imkan verir. Biz maksimum səmərəli iş qurmaq və əldə olan resurslardan istifadə etmək üçün daim çalışırıq. Bu da hətta ən çətin və qeyri-standart layihələri qısa müddətdə həyata keçirməyə imkan verir.

Servis

Bizim xidmətlər, müştərilərə vəsaitə ciddi qənaət etməyə imkan verir. Bizim əsas qaydamız - az götür, cox ver. Yalnız belə etməklə inkişaf edə bilərik. Biz nəinki inanırıq ki, bu sistem uğur gətirir, hər gün bunun şahidi oluruq. Biz həmişə müştəriyə söz verdiyimizdən daha artığını verməyə çalışırıq: məsləhətləşmələr, tərəfdaşlar, resurslar, tanışlıq, layihənin uğuru üçün lazımi əlaqələr və digər faydalı məlumatlar.


© 2014 Designer.az
Caspian Plaza, 44 J.Jabbarli, Baku, Azerbaijan
+994 55 7881424