AZ EN RU

Üstünlüklərimiz

Biz çox sayda özəl və korporativ müştərilər ilə işləyirik. Biz müştərilərimizin biznesini başa düşürük və buna görə konkret hallar üçün daha səmərəli, praktik qərarlar veririk. Biz materialları, mebel və avadanlığın seçimini, çatdırılmasını və korporativ standartlarına uyğun olaraq layihələndirilməsi də daxil olmaqla, tam xidmət kompleksini təklif edirik. Kompleks şəkilində xidmət göstərmək, bizə, obyektin interyer dizaynının yaradılması prosesinə tam olaraq baxmaq imkanı verir və işin hər mərhələsində müştərinin vəsait və vaxtına qənaət edir.

1

Rəhbərlik

Bir çox şirkətlərdən fərqli olaraq bizim şirkətə iş adamları və sahibkarlar rəhbərlik etmirlər.
Şirkəti təşkil edənlər peşəkar dizayner və memarlardır. Elə buna görədə bizim özünəməxsus üsubumuz var. Bizi hər yerdə məhz buna görə tanıyırlar.

2

Briqada - dizayner əlaqəsi

Bizim briqada və dizaynerlər, uzun illər birgə iş nəticəsində bir-birini çox başa düşürlər. Çox vaxt bəzi xırda bir şeyin düzgün anlaşılmaması böyük bir işin yenidən görülməsinə gətirib çıxarır.

3

İşlərin ləngidilmədən başlanması

Sizinlə ünsiyyət zamanı biz arzularınızı dəqiq göstərməklə razılaşdırılmış texniki tapşırığı formalaşdırırıq. 2-3 gündən sonra, biz hazır çertyojlar əsasında ilkin təmir işlərinə başlayırıq.

4

Virtual tur

Bir xidmət forması olaraq sizin üçün, evinizə 3d virtual tur təqdim edirik. Bu effekt sizə, "sanki orada seyr halındasınız" hissini verəcəkdir.

5

Müşahidə kameraları

Daha bir xidmət növü kimi biz sizin obyektinizdə video müşahidə sistemini quraşdırırıq. Bunun sayəsində Siz planetin istənilən nöqtəsində olarkən əlinizin altında yalnız internetin olması ilə, işlərin gedişatını izləyə bilərsiniz.

6

Şəxsi kabinet

Təmir-tikinti işləri başlayan kimi, Sizin üçün saytımızda şəxsi kabinet yaradılır. Orada bizim ustalarımız tərəfindən işin gündəlik gedişatının hesabatı aparılır. Siz alınmış və istifadə edilmiş materialların sayını görürsünüz.

İşlərin düzgün təşkili və birgə toplanmış təcrübə sayəsində, briqadalarımıza dizayn layihəni başlayandan sonra, 3-4 gün ərzində təmir-tikinti işlərinin başlanmasına imkanı verir: bizim dizaynerlər sizinlə əlaqə saxlayır və tam texniki tapşırıq alır. Daha sonra yenidən planlaşdırma və mebelin yerləşdirilməsi həll edilir, adətən bu 3-4 gün davam edir.

Bundan sonra çertyojçularımız dərhal ilkin təmir-tikinti işləri üçün işçi çertyojlarını çəkir. Bura daxildir: əsas elektrik xətləri, santexnika və divarlarının montaj və demontajı (ucaldılması və sökülməsi) çertyojları.

Biz işimizə bütün gücümüzü qoyuruq.

Ustalarımız sadə eskiz rəsm üzrə işləməyi bacarırlar. Dizayner və ustalar arasındakı bu anlayış gələcəkdə baş verə biləcək bir çox xoşagəlməz hadisələrdən sığorta rolunu oynayır. Öz növbəsində bu, sizi ustalara daim nəzarət etməkdən azad edir.


© 2014 Designer.az
Caspian Plaza, 44 J.Jabbarli, Baku, Azerbaijan
+994 55 7881424