AZ EN RU

İnteryer dizaynı

Bizim üçün dizayn - hər bir yaşayış sahəsi üçün təbii rahatlıq yaratmaq incəsənətidir. Həqiqi dizayn ev sahibinin daxili dünyasını açmağa yardım edir. Dizayn, evin hər bir qarışını məna ilə əhatə edir. Gözəllik və funksionallıq həqiqi dizaynın ayrılmaz tərkib hissələrindəndir.

Landşaft dizaynı

Landşaft dizaynı üç istiqamətin qovşağında yerləşən - incəsənətdir: bir tərəfdən, memarlıq,inşaat və layihələndirmə (mühəndis aspekti), digər tərəfdən, botanika və bitkiçilik (bioloji aspekt), və üçüncü tərəfdən,bu landşaft dizaynında fəlsəfədən, tarixdən məlumatlar istifadə olunur (xüsusilə də mədəniyyət tarixi). Bundan başqa, ərazilərin yaşıllaşdırma və abadlaşdırması da landşaft dizaynı adlandırılır. Bağçılıq və bostançılığdan fərqli olaraq, landşaft dizaynı - daha ümumi və universal sahədir. Landşaft dizaynının əsas vəzifəsi - harmoniya və gözəllik, istifadə rahatlığı ilə birləşərək binaların infrastrukturunun yaradılmasıdır.

Təmir işləri

Əlbəttə, mənzillərin peşəkar təmiri - elədə ucuz məsələlərdən deyil. Amma sonda sizi uzun müddət sevindirəcək bir təmirli mənzili görəndə, siz düşünəcəksiniz, buna dəyərmiş. "Pod klyuç" təmiri peşəkarlara etibar edin. Biz optimal müddətdə, keyfiyyətlə və peşəkarcasına bütün növ təmirləri edirik. Biz işlərin və materialların keyfiyyətinə adekvat olan xidmətin real dəyərini təklif edirik. Təmir - bu, çox mürəkkəb bir prosesdir və onun keçirilməsi zamanı peşəkar üçün aydın olan, təcrübəsiz mütəxəssisin gözünə görünməyən bir çox amillər nəzərə alınmalıdır.

Tikinti işləri

Yeni tikintinin təşkilatı - bu mürəkkəb, uzunmüddətli və çoxmərhələli prosesdir. Bütün mərhələlərin razılaşdırılmış şəkildə yerinə yetirilməsi vaxt və maddi xərclərinin optimallaşdırılmasını təmin edir, tikinti və istismar zamanı xoşagəlməz "sürprizlər"dən azad edir. Tikinti işləri - bu, bir sıra işlərin ümumi adıdır.


© 2014 Designer.az
Caspian Plaza, 44 J.Jabbarli, Baku, Azerbaijan
+994 55 7881424