AZ EN RU

Tikinti

İnsan fəaliyyəti çox geniş və müxtəlifdir. Tikinti isə əhəmiyyətinə görə ən əsas sahələrdən biridir. Tikinti - bu ümumi anlayışdır. Bu anlayışın əsas tərkib hissələrindən biri də tikinti işləridir. Əslində tikinti işləri deyəndə, hər hansı bir qurğunun inşası üçün görülən müxtəlif işlərin və tədbirlərin kompleksi nəzərdə tutulur.

Şəhər evlərinin və kotteclərin tikintisi

Şirkətimiz sizin üçün istənilən tipli evlərin və koteclərin layihəlırini həyata keçirməyə kömək edəcəkdir. Evlərin və kotteclərin tikintisi bir çox amillərin nəzərə alınmasını, habelə dərin ixtisas biliklərinin olmasını tələb edən çox mürəkkəb bir işdir. Bizim şirkətin mütəxəssisləri müxtəlif texnologiyalar üzrə fərqli materiallardan olan binaların ucaldılmasında böyük təcrübəyə malikdir. Biz xəyallarınızda olan evin gerçəkləşməsi üçün sizə kömək etməyə hazırıq.

Əsas üstünlüklər

Evlərin tikilməsi ucuz olmadığı və çox vaxt tələb etdiyinə görə, hər bir müştəriyə, sifariş etdikdə əldə edəcək üstünlüklər maraqlıdır.

Məhz buna görə də Biz mütəmadi olaraq inkişaf edirik və ən sərfəli əməkdaşlıq şərtləri təklif edirik:

İş icraçılarımız

Şirkətimizdə istənilən səviyyəli tikinti işlərinin yerinə yetirilməsində böyük təcrübəyə malik yüksək ixtisaslı icraçı və inşaatçılar çalışırlar. Belə bir mütəxəssisin işinin mahiyyəti sadədir: məhz o keyfiyyətinə görə bütün görülən işlərə nəzarəti həyata keçirir. Savadlı icraçı, təməlqoymadan dam örtüyünün salınmasına qədər işin hər mərhələsində işlərin yerinə yetirilmə keyfiyyətinə ciddi nəzarət edir. Tikintidə çalışan bütün mütəxəssislər, onun nəzarəti altındadır.

Binanın layihəsinin hazırlanması

Layihələrin hazırlanması və ya evlərin layihələndirilməsi - inşaatçıların üzərində işlədiyi layihələrini hazırlanması nəticəsində formalaşan yaradıcı bir işdir. Şəhərətrafı evlərin layihələndirilməsi prosesində fərdi bağ evinin düşünülmüş memarlıq və konstruksiyaları də hazırlanır.

Tikintiyə hazırlıq

Bu mərhələdə tikinti meydançasına müvəqqəti köməkçi yollarının çəkilməsi, müvəqqəti elektrik enerjisi təchizatı ilə təmin edilməsi kimi işlər görülür. Həmçinin bölünmə planı və layihə çertyojundan, gələcək təməlin ölçülərinin torpaq sahəsinə köçürülməsi də həyata keçirilir.

Sıfır mərhələsi

Sıfır mərhələnin işləri, obyektdə bütün tikinti işlərinin həcminin 5% -dən 15% -dək hissəsini təşkil edir. Onların dəyəri isə əksər hallarda işlərin ümumi dəyərinin 20% -ni təşkil edir (son tamamlama işləri istisna olmaqla). Sıfır mərhələsi yalnız binanın yeraltı hissəsinin tikintisi başa çatdıqda - layihə üzrə sıfır (+ 0.000) həddinə çatanda (1-ci mərtəbənin döşəməsi) bitmiş sayılır.

Əsas mərhələ

Binanın karkasının (divarın bəzəyi və dam örtüyünündən başqa) tikintisi.

..kimi işlərə adətən karkasın tikinti üzrə işlərin bir hissəsi kimi baxılır. Əgər karkasın qaldırılması mərhələsinə pəncərə və çöl qapıları daxildirsə, onda bu mərhələnin başa çatdırılması üçün əlavə vaxt tələb olunur.

Bitirmə işləri

 


© 2014 Designer.az
Caspian Plaza, 44 J.Jabbarli, Baku, Azerbaijan
+994 55 7881424