AZ EN RU

Eksklyuziv mebellərin istehsalı

Standart layihələr

Məşhur nəhəng mebel marketlərinin kataloqlarında təqdim olunan müasir məhsulların böyük bir hissəsinin hazırlanması standart layihələr əsasında həyata keçirilir və kütləvi şəkildə istehsal olunur ki, bu da əsas məhsulun keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır. Ənənəvi istifadə olunan material və texnologiyalar - əl işi, ağac materialları  və təbii dərilər daha sadə və qənaətliləri ilə əvəz olunur.  Bu istehsalat prosesinin sürətləndirilməsi və məhsulun maya dəyərinin aşağı salınması üçün edilir. Bunun nəticəsində məhsul istehlakçıların tələblərinə tam cavab vermir.

Eksklyuziv mebel

Ancaq tək nümunədə istehsal olunan eksklyuziv mebel zərifliyi və yüksək keyfiyyəti ilə seçilir və  mənzildə təkrarolunmaz interyer yaratmağa imkan verir. Mütəxəssis-dizayner konkret sifarişin xüsusiyyətinə istiqamətlənərək belə dəstinin konsepsiyasını hazırladığından eksklyuziv dizayn hazır məhsulları təkrarolunmaz edir.  Bu cür yanaşma ən əlverişli yolla müştərinin istəklərini yerinə yetirməyə və məhsulun tək nümunədə istehsal olunmasına zəmanət verməyə imkan yaradır.

Materiallara görə tələblər

Dizayner mebel dəstlərinin hazırlanması üçün istifadə olunan materiallara görə olan əsas tələblər yüksək keyfiyyət və mükəmməl xarici görünüşdür.  Bu növ məhsulların hazırlanması üçün metal, daş, ağac, dəri, şüşə və parçadan istifadə olunur. Müştərinin istəyindən asılı olaraq ayrı-ayrı detalların bəzədilməsi və hazırlanması üçün daha ekzotik materiallardan (massiv və şponun nadir növləri, zamşa, alkantra, kvars, şüşə, şist, güzgü və s.) istifadə olunur.

«DESIGNER.AZ» mebelin qurulmasının və layihələndirilməsinin bütün mərhələlərində müştəriyə yardım edir. Bizim şirkətin xidmətlərinə hazırılanacaq dəstin üsulubunun, material növlərinin və sifarişçinin istəyinə uyğun rənglərin seçilməsinə görə dizayner işi, məhsulların quraşdırılması zamanı konstruktor xidməti və s. daxildir.

Sifarişlərin yerinə yetirilmə müddəti bilavasitə müştəri tərəfindən hazır çertyojların təsdiqlənməsi və layihənin imzalanmasından asılıdır.
Göstərilənləri təfsilatı ilə öyrənmək və mebel dəstinin hazırlanmasına görə sifarişin verilməsi üçün «DESIGNER.AZ»  mütəxəssisləri ilə elektron poçt və ya göstərilən nömrələr vasitəsilə əlaqə saxlayın.


© 2014 Designer.az
Caspian Plaza, 44 J.Jabbarli, Baku, Azerbaijan
+994 55 7881424