AZ EN RU

FAQ

Mənim layihəmlə kim məşğul olacaq? Sizin layihəniz ilə bizim dizaynerlərdən biri şəxsən məşğul olacaq. Və layihə sona çatana kimi sizinlə həmin dizayner bilavasitə ünsiyyətdə olacaq.
Dizaynda istifadə olunan tamamlama materialları və mebeli kim seçir? Dizayn layihəsi veriləndə artıq materiallar və mebel seçimi edilir. Bizim dizaynerlərimiz hal-hazırda bazarda olan materiallardan istifadə edirlər. Sizə kataloqlar təklif olunur, onlardan özünüzə uyğun mebeli seçə bilərsiniz, yaxud öz təklifinizi də edə bilərsiniz. Seçimi bizim öhdəmizə də buraxmaq olar.
Ustalar lazım olsa, siz nə təklif edə bilərsiniz? Bizim usta briqadalarımız var. Onların xidmətlərindən istifadə etmək olar.
Dizayn layihəsi uzərində nə qədər iş gedir? Təxminən bir mənzil üzərində 1 ay vaxt gedir.
Mühəndis layihəsi ilə kim məşğul olur? Bu layihə ilə bizim mühəndislərimiz məşğul olur.
Mənzildə yalnız bir otaq üçün dizayn etmək olar? Bəli. Qiymətdə artım olacaq, çertyojlar verilməyəcək.
Birdən işlədiyiniz layihə, mənim xoşuma gəlmədi? Layihə etaplardan ibarətdir. Birinci etapda Sizin istəklərinizə görə geniş texniki tapşırıq hazırlanır. Ona görə ilk işlər görülür. Növbəti hər etapa keçidi Siz təsdiqləyirsiniz. Bu da narazılıqların olmaması deməkdir.

© 2014 Designer.az
Caspian Plaza, 44 J.Jabbarli, Baku, Azerbaijan
+994 55 7881424